“HDP-nin 54 deputatı kürd soyadlı ermənidir”

“HDP-nin 54 deputatı kürd soyadlı ermənidir”

İyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkiləri hər kəsin gözlədiyi kimi olmadı. Hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçkilərdə qalib olsa da, təkbaşına iqtidar qurmaq üçün lazımi səsi toplaya bilmədi.

Hazırda gündəmdə digər partiyaların koalisiya hökuməti ilə bağlı düşüncələri gündəmdədir.

Seçkilərin nəticələri ilə bağlı müxtəlif fikirlər, rəylər səsləndirilir. Modern.az saytı daimi olaraq Türkiyədə yaşayan azərbaycanlı jurnalistlərin seçkilərlə bağlı təəssüratlarını öyrənib. ANN.az-ın Türkiyədəki təmsilçisi Şəhla Əbusəttar Xalqların Demokratik Partiyasının (HDP) barajı aşacağını gözlədiyini bildirib:
“Fikrimcə, HDP-nin baraj məsələsini gündəmdə tutan hökumət özü də onun keçməsinə maraqlı idi. Baxmayaraq ki, sözdə fərqli fikir söyləyirdilər. Hökumət partiyasının səslərinin aşağı olması isə surpriz oldu”.


Şəhla Əbusəttar bildirib ki, koalisiya hökumətində HDP-nin təmsil olunmasına təəccüblənməz:

“Barışıq proseslərini başladan hökümət onsuz da Xalqların Demokratik Partiyasını bu porosesə cəlb edirdi. Türkiyədə qəribə tendensiya var. 65 yaşdan yuxarı yaşlılar mülkülərini satarkən onlardan psixoloji vəziyyətinin yerində olması ilə bağlı sənəd alınır. Amma seçkilərdə 70 yaşdan yuxarı secicilər səsə verərkən bu, nəzərə alınmır. Türkiyə Konstitutusiyasına görə 18 yaşdan yuxarı hər kəs səsvermə hüququna malikdir. Seçkilərdən sonra psixoloji durumla bağlı sənəd alınmasının niyə tətbiq edilmədiyini soruşduqda, türk dostlarım belə, bunun çox ciddi məsələ olduğunu qeyd edirlər. Müşahidələrimə görə, Türkiyədə yaşlıların çoxunda yaddaş pozğunluğu olur. Buna görə siyası savadsızlıq 50 yaşdan yuxarı təhsilsiz insanlarda müşahidə olunur. Onlar “filan partiya hakimiyyətdə ikən aclıq oldu” məntiqinə sığınırlar. Hər halda, maraqlı seçki prosesi izlədim”.

Türkiyədə yaşayan digər azərbaycanlı jurnalist Nigar Börek isə qeyd edib ki, xalq hər zaman olduğu kimi, bu seçkilərdə də öz iradəsini göstərib:

“Kim nə deyirsə desin, Türkiyənin Cənub-şərqini çıxmaqla, hər yerdə demokratik seçki keçirilib. Qeyd etdiyim yerlər PKK-nın nəzarətində olduğu üçün orada xalqın iradəsindən söhbət gedə bilməz. Səsini çıxaranın evi yandırılır, daş-qalaq edilir, övladları dağa çıxarılır. HDP-nin barajı aşması ilə Demirtaşın erməni xalqı barədə verdiyi mesaj və siyahılarında kürd soyadlı 54 erməninin də parlamentə seçilməsi bunu sübut edir. Onların millət vəkillərinin hər birini “Google”da araşdırdıqda erməni olmaları ilə bağlı məlumatlar əldə edəcəksiniz. Hazırda Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Xalqların Demokratik Partiyasından 90-dan çox türk və ya kürd kimi görünən erməni millət vəkili seçilib. Amma Azərbaycan kökənli bir millət vəkilimiz belə, yoxdur və Iğdır kimi əhəmiyyətli yeri də itirdik”.

Nigar Börek qeyd edib ki, HDP-dən Azərbaycan kökənli qadının seçilməsi ilə bağlı informasiyalarda yanlışlıq var:

“Diqqət etsəniz görərsiniz ki, həmin qadın Ermənistanla sərhədlərin açılmasına sona qədər tərəfdar olub. Hazırda Türkiyədə Azərbaycandan olan, adı və soyadı bizə uyğun olan çoxlu erməni var. Türkiyənin torpaqlarını parçalamaq, eyni zamanda erməni soyqırımının tanınmasını istəyən azərbaycanlı ola bilməz”.

Jurnalist hesab edir ki, Türkiyə yenidən seçimə gedəcək:

“AKP heç bir müxalifətlə koalisiyaya getməyəcək və digər 3 partiyanın hökumət formalaşdırmasını istəyəcək. CHP və HDP buna razılaşa bilər, amma kifayət qədər deputatı olmadığı üçün mümkün deyil. MHP razılıq verərsə, koalisiya alınardı. Koalisiya qurmaq mümkün olmayacağı üçün Türkiyə yenidən seçimə getmək məcburiyyətində qalacaq. Ola bilsin ki, yeni seçilən millət vəkilləri ən azından 2 ilini tamamlamaq və pensiyasını təmin etmək üçün buna razı olmasın. Amma bu dəfə də prezident səlahiyyətlərindən istifadə edər.

Nigar Börek qeyd edib ki, erkən seçkinin nəticəsini müxlaifət də görür və ona görə koalisiyaya getməyəcək: “Bu seçkinin tək tarixi məsuliyyəti var, o da şəhidlərə edilən sayğısızlıqdır. Şəhid qanı tökənlərin məclisə gətirilməsini tarix heç zaman bağışlamayacaq. Qeyd edilir ki, HDP-nin parlamentə daxil olması türk və kürd xalqının iradəsidir. Belə deyil, bu, Amerikanın bölgədə apardığı siyasətdir. Buna tək ad vermək olar: vətən xainləri ilə erməni işbirliyi və erməni lobbisinin Türkiyədə böyük zəfəri. Yaxşı olar ki, Azərbaycan mediası bu məsələyə kürd-türk məsələsi kimi deyil, türk-erməni məsələsi kimi yanaşsın. Əks təqdirdə, ermənilər Azərbaycanda da ad dəyişikliyi siyasəti aparacaqlar.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1453 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...