29 yaşlı tur bələdçisi dağlıq ərazidə yıxılaraq öldü

29 yaşlı tur bələdçisi dağlıq ərazidə yıxılaraq öldü
Astarada bədbəxt hadisə nəticəsində ölüm faktı qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində baş verib.

Belə ki, tur rəhbəri olan Lerik rayonunun Günəşli kənd sakini 29 yaşlı Rusif Zamanov dağlıq ərazidə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun dayısının sözlərinə görə, R. Zamanov epilepsiya xəstəsi olub.

Faktla bağlı araşdırma aparılır.


29 yaşlı tur bələdçisi dağlıq ərazidə yıxılaraq öldü



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...