Rusiya artıq Avropa İttifaqının tərəfdaşı deyil – Bəyənnamə

Rusiya artıq Avropa İttifaqının tərəfdaşı deyil –

Krımdakı və Donbasdakı hərəkətlərinə görə, Rusiya bundan sonra Avropa İttifaqının (Aİ) strateji tərəfdaşı sayıla bilməz. Bu fikir Avroparlamentin bəyannamə layihəsində yer alıb. Layihənin bu gün səsverməyə çıxarılacağı gözlənilir (Rosbalt)

Sənəddə deyilir: «Strateji tərəfdaşlıq demokratiyaya, dövlət suverenliyinə və daxili konstitusion düzənə və xarici siyasi oryentasiya azadlığına əsaslanan qarşılıqlı etimada və beynəlxalq hüquqa hörmətə söykənməlidir…».

Bəyannamə müəllifləri qeyd edirlər ki, Moskva ilə Brüssul arasında əməkdaşlığın bərpası yalnız bu şərtlər daxilində mümkün olar ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşsın, Krım da daxil olmaqla, Minsk razılaşmasını tam olaraq yerinə yetirsin, heç bir şərt qoymadan öz ordusunu və döyüş silahlarını bu ərazilərdən çıxartsın və üsyançı qruplara kömək göstərilməsini təxirə salmadan dayandırsın. Bundan başqa, Avroparlament Rusiyadan tələb edir ki, «Avropa İttifaqı ilə sərhəd zolağı boyunca vəziyyəti gərginləşdirən hərəkətlərə son qoysun».

Bundan əvvəl xəbər verilmişdi ki, Avroparlamentin 8-11 iyun tarixlərində keçiriləcək sesiyasında Rusiya təbliğatına qarşı mübarizə məqsədilə vəsaitin ayrılması çağırışını özündə əks etdirən bəyannamə layihəsi müzakirə ediləcək. Plenar iclaslar üçün nəzərdə tutulmuş materiallarda qeyd olunur ki, Avropa İttifaqı ölkələri Rusiya tərəfindən Avropadakı partiyaların maliyyələşdirilməsi çalışmalarını izləməlidirlər. Bəyannamə məcburi səciyyə daşımır. (AzPolitika.info)


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...