ABŞ Türkiyə - Ermənistan sərhədini kürdlərə açdırır

ABŞ Türkiyə - Ermənistan sərhədini kürdlərə açdırır

Türkiyədə bazar günü keçiriləcək seçkilər həm Ermənistan – Türkiyə əlaqələrinin, həm də ümumilikdə Türkiyənin inkişafı üçün həlledici ola bilər. AzVision.az xəbər verir ki, bu barədə Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının rəhbəri Tomas de Vaal bildirib. Analitikin fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəni prezident respublikasına çevirərək Rusiya prezidenti Vladimir Putin kimi ölkədə idarəetmənin bütün linglərini öz əlində cəmləşdirmək istəyir. Bunun üçün Ərdoğan Konstitusiyanı dəyişdirməlidir. Bu isə yalnız parlamentdə Ədalət və İnkişaf partiyasının (AKP) çoxluğu saxlaması halında baş verə bilər. “Buna mane ola biləcək yeganə partiya kürdlərin Xalqların Demokratik Partiyasıdır”, – deyə de Vall vurğulayıb.

Əgər Xalqların Demokratik Partiyası (XDP) qarşıdan gələn seçkilərdə 10 faizlik səddi keçsə və Türkiyə parlamentində təmsil olunsa onda hadisələr iki ssenari ilə inkişaf edə bilər. Ya XDP güclü müxalif gücə çevriləcək, ya da hakim partiya ilə alyans yaradacaq və Türkiyə hökumətinin tərkibində təmsil olunaraq dəyişiklik etməyə çalışacaq. De Vallın sözlərinə görə, bu partiyanın olduqca demokratik yanaşmaları var: “Kürd Xalq Demokratik Partiyası Ermənistanla əlaqələr məsələsində, həmçinin demokratiya, söz azadlığı və azlıqların hüquqlarının qorunması məsələlərində mütərəqqi ideyalara malikdir. Ona görə də bu cür fikirlər ilk dəfə Türkiyə parlamentində səslənə bilər”.

Analitikin fikrincə, Xalqların Demokratik Partiyası Türkiyədən Ermənistanla sərhədlərin açılmasını və 1915-ci ildə ermənilər qarşı törədilən cinayətlərin açılmasını istəyir. De Vall qeyd edir ki, əgər XDP parlamentə daxil olsa belə, yaxın gələcək də köklü dəyişikliklərə nail ola bilməyəcək. Lakin partiya Türkiyədə baş verəcək dəyişikliklərə töhfə verəcək. Türkiyə cəmiyyətində çoxluq mövcud deyil. Orada keçmiş haqqında danışmaq, etnik azlıqlara əlaqələri yaxşılaşdırmaq istəyən azlıq var və bu qrup parlamentdə güclü formada təmsil olunacaq”, - deyə analitik vurğulayıb. Amerika seçkidə kürdlərin Xalqların Demokratik Prtiyasının 10% lik həddi keçməsini istəyir və burada da məqsəd ilk növbədə Türkiyənin Ermənistanla sərhədinin açılması üçün şərait yaratmaqdır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1650 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...