Sabiq prezident xəstəlik adı ilə ölkədən qaçdı

Sabiq prezident xəstəlik adı ilə ölkədən qaçdı


Sabiq prezident xəstəlik adı ilə ölkədən qaçdı - İngiltərədən sığınacaq aldı. Maldiv adalarının sabiq prezidenti Məhəmməd Naşid Avropaya mühacirət edib. Lent.az-ın Türkiyə mediasına istinadən xəbər verir ki, Hind okeanında yerləşən turistik müsəlman ölkəsinə xeyli müddət rəhbərlik etmiş M.Naşidin İngiltərədə sığınacaq aldığı açıqlanıb.

Bildirilir ki, M.Naşid keçən il ölkəsində terrorla mübarizə qanunlarının tələbləri əsasında həbs edilmiş və məhkəmə ona 13 il iş vermişdi. Daha sonra onurğasında problemlərin olduğunu bildirən sabiq prezident ölkəsinin yeni rəhbərliyindən İngiltərədə müayinə olmaq üçün icazə alıb və Qərbi Avropa ölkəsinə gedib. O, sığınacaq məsələsini də həll edərək, birdəfəlik İngiltərədə qalıb.

Sabiq prezidentin ofisinin yaydığı məlumatda bildirilib ki, M.Naşidin hazırkı şərtlər altında Maldiv adalarına qayıtması mümkün deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...