Sarkisyan muzdluları təcili Qarabağdan çıxarır

Sarkisyan muzdluları təcili Qarabağdan çıxarır


Ermənistan prezidenti Serj Sarkisyan Vyanadan qayıtdıqdan sonra Qarabağa könüllü gedən muzdlulara hazırda qismən sakitçilik olduğu və danışıqların aparıldığı üçün geri qayıtmağı əmr edib. Bu barədə AzVision.az Ermənistanın “Qraparak” nəşrinə istinadən xəbər verir. Qəzet yazır ki, artıq dünəndən muzdlular qrup halında Qarabağı tərk edərək Ermənistana qayıdırlar. Aprel döyüşləri zamanı 4400 muzdlunun Qarabağa - təmas xəttinə yola düşdüyü bildirilir.

1700 muzdlu geyim və silah alaraq ön cəbhəyə yollanıb. İndi silahların təhvil-təslim prosesi gedir. Bununla yanaşı qəzet yazır ki, muzdluların heç də hamısı silahı təhvil vermək, Qarabağı tərk etmək niyyətində deyil. Onlar Sarkisyanın əmrinə tabe olmaqdan boyun qaçırır və erməni ordusu tətəfindən itirilmiş mövqelər geri qayıtmayınca, Qarabağda qalacaqlarını bəyan ediblər. Bununla yanaşı Qarabağda “Yerkrap” muzdluları və erməni əsgərləri arasında silahlı toqquşmaya dönə biləcək qarşıdurma müşahidə edilir.

Baş verən qarşıdurmanın səbəbləri haqqında bu yaxınlarda Vaan Badasyan danışıb. Onun sözlərinə görə, aprel döyüşləri zamanı Hadruta gələn “Yerkrap” yarım silahlı qruplaşmanın lideri general Manvel Qriqoryan erməni hərbçilərini təhqir edib. Manvel Qriqoryan onlarla cipin müşayiəti ilə Hadruta gəlib, onun karvanına yol verməyən erməni hərbçilərinə qəzəblənib. Bu isə Qriqoryanın muzdluları ilə erməni əsgərləri arasında qarşıdurmaya səbəb olub. Bu hadisə Ermənistanda böyük narazıçılığa səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
863 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...