Əlcəzairdə ən hündür minarəsi olan məscid tikiləcək

Əlcəzairdə ən hündür minarəsi olan məscid tikiləcək


2017-ci ildə Əlcəzairdə 265 metr hündürlüyündə minarəsi olan məscid tikiləcək. APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb. “Bu məscid ekstemistlərə ağır zərbə olacaq. Onlar uzun illərdir, bu məscidin tikintisinin əleyhinə çıxırlar”, - deyə Əlcəzairin mənzil tikintisi üzrə naziri Əhməd Mədəni bildirib.

Onun sözlərinə görə, Cama Əl-Cəzair məscidinin tikintisi ilə bağlı ideya 1962-ci ildə - Əlcəzairin Fransadan müstəqillik əldə etməsindən sonra meydana çıxıb. Ə. Mədəni vurğulayıb ki, məscid mötədil İslamın simvoluna, ekstremizmin isə qalxanına çevriləcək. Layihəyə uyğun olaraq, Cama Əl-Cəzair məscidi 120 min insanın dua etməsi üçün nəzərdə tutulub. Məscidin içində Quran tədrisi üçün məktəblər, İslam incəsənəti və tarixi muzeyi, habelə milyonlarla kitabın olduğu kitabxana nəzərdə tutulub.

Məscid 1,4 milyard dollara başa gələcək. Lakin bir sıra ekspert layihənin uğurla həyata keçiriləcəyinə şübhə edir. Onların fikrincə, buna ilkin səbəb Əlcəzair şəhərinin seysmik zonada yerləşməsidir. Burada 2003-cü ildə baş verən son zəlzələ təxminən 3 min nəfərin həyatına son qoymuşdu. Qeyd edək ki, hazırda dünyanın ən hündür minarəli məscidi Mərakeşin Kasablanka şəhərindədir.

Minarənin hündürlüyü 210 metrdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...