Türkiyədə PKK-ya qarşı əməliyyatlarda 10 terrorçu zərərsizləşdirilib

Türkiyədə PKK-ya qarşı əməliyyatlarda 10 terrorçu zərərsizləşdirilib


Türkiyə Silahlı Qüvvələrinin ölkənin cənub-şərq vilayətlərində PKK terror təşkilatına qarşı əməliyyatları davam edir.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, əməliyyatlar zamanı Diyarbakırın Sur rayonunda doqquz, Şırnakın İdil rayonunda bir terrorçu zərərsizləşdirilib.

Sur əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı 257-yə çatıb.

Bundan başqa, 11 ədəd kustar üsulla hazırlanmış partlayıcı qurğu məhv edilib. Bununla da belə partlayıcıların sayı 313-ə çatıb.

İdildə isə öldürülən terrorçuların sayı 66-ya çatıb. Əməliyyat çərçivəsində, həmçinin 48 əl istehsalı olan partlayıcı məhv edilib ki, bununla da onların sayı 313-ə çatıb. Əməliyyatlarda silah-sursat da ələ keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...