ABŞ-da prezidentliyə namizəddən şok etiraf - "Böyük bir səhv idi"

ABŞ-da prezidentliyə namizəddən şok etiraf -


ABŞ-da prezidentliyə namizəd olan Donald Tramp son açıqlaması zamanı bəzi mühüm faktları etiraf edib. Avropa.info xəbər verir ki, Tramp ABŞ əsgərlərinin Pakistanın nüvə təhdidi səbəbilə Əfqanıstanda qalmağa davam etməli olduğunu bildirib..

Trump seçiciləri qarşısında çıxışı zamanı ABŞ ordusunun Əfqanıstanda yerləşməsi ilə bağlı açıqlamalar verib. O 2001-ci ildə ABŞ əsgərlərinin Əfqanıstana girməsinin böyük bir səhv olduğunu söyləsə də Pakistanın nüvə silahına qarşı əsgərlərin Əfqanıstanda qalması lazım olduğunu bildirib.

Keçən il bir qəzetə verdiyi müsahibəsi zamanı Tramp, dünyanın ən təhlükəli ölkəsi olduğunu və Pakistanın nüvə silahlarından təmizlənməli lazım olduğunu söyləmişdi. Xatırladaq ki, bazar ertəsi günü ABŞ dövlət katibi Con Kerri Pakistanın nüvə işlərində məhdudiyyət tətbiq etməsini istəmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
922 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...