Azərbaycanlı biznesmen 3.3 milyard pul itirdi

Azərbaycanlı biznesmen 3.3 milyard pul itirdi


Azərbaycan əsilli rusiyalı milyarder, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkəbərov dünyanın ən zəngin 124-cü adamıdır.

AzVision.az “Forbes” jurnalına istinadən xəbər verir ki, Ələkbərovun 2016-cı il üçün şəxsi sərvəti 8,9 milyard dollar təşkil edib. Onun varidatı ötən illə müqayisədə 3,3 milyard dollar azalıb.

“Forbes” jurnalı Vahid Ələkbərvun dünyanın ən perspektivli neft yataqlarından olan İraqdakı “Kurna-2” yatağına sahib olduğunu və 2016-cı ildə “Lukoyl”un bu yataqda işlərin aparılması üçün 1,5 milyard dollar xərcləyəcəyini yazıb.

Məşhur "Forbes" jurnalı dünyanın ən zəngin insanlarının yeni reytinqini açıqlayıb. "Microsoft" korporasiyasının təsisçisi Bill Qeyts ötən il olduğu kimi yenidən dünyanın ən varlı adamı elan edilib. Bir il ərzində onun sərvəti cəmi 4,2 milyard dollar azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1030 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...