İŞİD daxilində qarşıdurma: 8 hollandiyalı edam olundu
İŞİD terror təşkilatının daxilində baş verən qarşıdurmanın nəticəsi olaraq Hollandiya vətəndaşı olan 8 İŞİD döyüşçüsü edam edilib
Publika.az xəbər verir ki, bu barədə müstəqil xəbər saytı “Raqqa Is Being Slaughtered Silently” (RBSS) bildirib.
RBSS-in xəbərinə görə, bir hissəsi Mərakeş mənşəli olan və yüksək vəzifələrdə yerləşdirilən 75 hollandiyalı İŞİD-çi arasında bir müddətdir gərginlik hökm sürüb. Hollandiyalı qrupa bağlı üç terrorçu İŞİD-in İraq qolu tərəfindən fərarilikdə ittiham olunub.
Onlardan biri də sorğu zamanı döyülərək öldürülüb. Bundan sonra İŞİD liderləri anlaşılmazlığı həll etmək üçün Rakkaya vasitəçi heyət göndərib. Heyət hollandiyalı İŞİD-çilər tərəfindən intiqam məqsədi ilə öldürülüb. İŞİD-in rəhbərliyi isə hollandiyalı qrupa bağlı bütün döyüşçülərin həbs olunması barədə əmr verib. RBSS onlardan 8 nəfərin edam edildiyini bildirib.
Hollandiya Kəşfiyyat Təşkilatının məlumatına görə, İraq və Suriyada 50-si qadın olmaqla 200 Hollandiya vətəndaşı İŞİD-ın sıralarında döyüşür.
970 dəfə oxundu