Ermənilər Moskvada Qarabağ xalçaları satır

Ermənilər Moskvada Qarabağ xalçaları satır

Moskvada Qarabağ xalçaları satılır. Rusiya paytaxtında Dağlıq Qarabağda istehsal olunan məhsulların satıldığı pavilyon-mağaza işə başlayıb. Məlumata görə, mağaza dünyanın 50 ən böyük sərgi mərkəzlərindən biri sayılan Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin Ermənistan pavilyonunda açılıb.

İşğal olunmuş ərazilərdə toxunmuş xalçalarla yanaşı, mağazada "Arçaxberi”, "Arçaxfrut”, "Elit”, "Kataro” və s. “Qarabağ şirkətləri”nin ərzaq məhsulları da satılacaq. Qeyd edək ki, Qarabağda istehsal olunmuş məhsulları satacaq pavilyon-mağazanın açılışına separatçı rejimin nümayəndələri, Ermənistanın Rusiyadakı səfiri və bəzi ermənipərəst rus siyasətçiləri qatılıb.

Azvision.az xəbər verir ki, məsələyə münasibət bildirən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov “Dailykarabakh” bildirib ki, ermənilər xalça toxuya bilmirlər. Onun sözlərinə görə, erməninin heç vaxt xalçası olmayıb: "Onların hamısı Azərbaycan xalçalarıdır. Torpaqlarımızın işğalı zamanı ələ keçiriblər. İndi də satışa çıxarırlar”.

Birlik sədri qeyd edib ki, Rusiya həmişə Ermənistanın yanında olub: "Onlardan istədikləri formada istifadə ediblər və bu gün də edirlər. Bu yeni məsələ deyil”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...