Gürcüstanda sabiq naziri ayaqlarından güllələdilər – Diplomatın məzarı üstündə şok hadisə

Gürcüstanda sabiq naziri ayaqlarından güllələdilər –


Gürcüstanın Avropa məsələləri və avrointeqrasiya üzrə keçmiş dövlət naziri Aleksi Petriaşviliyə hücum olub.

Bu barədə informasiyanı Gürcüstanın Daxili İşlər Nazirliyi yayıb. Nazirlik naməlum şəxslərin Petriaşviliyə yaxınlaşaraq, onu təhqir etdiklərini, daha sonra isə hər iki ayağından güllə ilə vuraraq qaçdıqlarını bildirib. Petriaşvili hücuma məruz qalan zaman üç dostu ilə bərabər mərhum diplomat Levan Mikeladzenin məzarı üstündə olub(Axar.az). Qeyd edək ki, Petriaşvili həm də Gürcüstanın üçüncü ən böyük partiyası hesab edilən Azad Demokratların liderlərindən biridir.


Gürcüstanda sabiq naziri ayaqlarından güllələdilər –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...