“Biz Türkiyənin narahatlığına hörmət etməliyik və edəcəyik” Con Kerri

“Biz Türkiyənin narahatlığına hörmət etməliyik və edəcəyik”


Amerika Ankaranın Suriya böhranının nizamlanması prosesinə dair narahatlıqlarını nəzərə alır və türkiyəli tərəfdaşlarla danışıqlar aparır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Konqresdə dinləmələr zamanı bildirib.

“Biz bölgədəki həssas məsələlərdə Türkiyə üçün vacib olan xəttin pozulmaması məqsədi ilə hazırda türklərlə cavab addımlara dair danışıqlar aparırıq və mən bunu edə biləcəyimizə əminəm. Biz Türkiyənin narahatlığına hörmət etməliyik və edəcəyik. Mühüm olan odur ki, qısamüddətli perspektivdə qəbul olunan qərarlar bölgədə uzunmüddətli perspektivdə problem yaratmasın”, deyə Kerri qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1026 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...