Rusiya səhvən YPG-nin bazasını bombaladı

Rusiya səhvən YPG-nin bazasını bombaladı


Türkiyə hərbi mənbələrinin verdiyi məlumata görə, 20 fevralda Hasəkə şəhərində ərəbləri vurmaq üçün havaya qalxan rus təyyarələri səhvən Hole rayonunda yerləşən YPG/YPJ bazasını vurub.

Avropa.info xəbər verir ki, rus təyyarələrinin zərbəsi nəticəsində terrorçuların bazası darmadağın edilib. Vurulan düşərgənin YPG üçün nə qədər önəmli olması isə endirilən zərbələrdən sonra məlum olub. Böyük sayda insan itkisi verən YPG rəsmilərin Rusiya və Suriya rejiminə qarşı kəskin etirazlarını bildiriblər. Ruslar hadisədən ciddi şəkildə kədərləndiklərini, bombardmanın yanlış koordinatlar verilməsi üzündən baş verdiyini, bunun əvəzini ödəmək üçün hər şey etməyə hazır olduqlarını etiraf edib.

Suriya rejimi bu səhvin onlara aid olmadığını, rus pilotların keçən həftə də Suriya ordusuna aid bir bazanı vurduqlarını bildiriblər. YPG bənzər hadisənin bir daha təkrarlanması halında sərt tədbirlərə əl atacağını, aralarında olan münasibətlərə son verəcəyini bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...