Putin Medvedevi Ermənistana göndərir

Putin Medvedevi Ermənistana göndərir


Rusiyanın baş naziri Dmitri Medvedev cari ilin mart-aprel ayında Ermənistana səfər edəcək. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin beynəlxalq iqtisadi inteqrasiya və islahatlar nazirinin müavini Suren Karayan bildirib. Məlumata görə, Dmitri Medvedev İrəvanda keçiriləcək Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin toplantısında iştirak edəcək.
Nazir müavininin sözlərinə görə, əldə edilən ilkin razılığa əsasən, həmin yığıncaq bu ilin mart, yaxud aprel ayında keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
996 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...