ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb

ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb


ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan "Report"a verilən məlumata görə, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını Anma Günü" olaraq tanımağa və yad etməyə cağırıb. Sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.

Qeyd edək ki, bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilən ilk sənəddir.
Bəyanatda S.Bulok bildirir: "Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk".

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada "Xocalını Anma Günü" olaraq elan edildiyi vurğulanır.

Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...