İran Ermənistana qaz satışını 5 dəfə artıra bilər
GUNDEMİNFO.AZ yazır ki, "RİA Novosti"nin verdiyi xəbərə görə, İran Ermənistana qaz satışını 5 dəfə artırmaq imkanlarını nəzərdən keçirir. İranın Milli Qaz İxracı Şirkətinin rəhbəri Alireza Kameli bildirib ki,qaz satışını "gündə beş milyon kubmetrə qədər artırmaq mümkündür". Şirkətin direktoru hesab edir ki, yeni elektrik ötürücü xətlərinin tikintisi Ermənistana İran qazının satışının artırılmasında mühüm rol oynaya bilər.
2015-ci ilin avqustunda İran və Ermənistan iki ölkənin enerji sistemlərini birləşdirəcək üçüncü elektrik ötürücü xəttin tikintisi barədə müqavilə bağlayıblar. 107 milyon avro dəyərində qiymətləndirilən müqavilə iki il ərzində 275 kilometrlik xəttin çəkilməsini nəzərdə tutur. İran bu layihə vasitəsilə Gürcüstan və Rusiyanın enerji sistemlərinə qoşulmağa ümid edir.
Hazırda Ermənistanın İrandan aldığı mavi yanacaq elektrik enerjisinə çevrilərək 1 kubmetr qaza 3 kVt/saat nisbətində yenidən İrana qaytarılır. Sözügedən xətt Ermənistanın İrana təbii qaz müqabilində elektrik enerjisi ötürməsini asanlaşdıracaq. Gömrük xidmətinin verdiyi məlumata görə 2014-cü il ərzində İran Ermənistana 383 milyon kubmetr təbii qaz ixrac edib.
948 dəfə oxundu