Zelenski atəşkəsi sülh danışıqlarına doğru ilk addım adlandırıb

Zelenski atəşkəsi sülh danışıqlarına doğru ilk addım adlandırıb
Gələcək sülh danışıqlarında ilk maddə qeyd-şərtsiz atəşkəs barədə razılaşma olmalıdır.

“Report”un Ukrayna KİV-lərinə istinadən məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiya Prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında bildirib.

O deyib ki, yalnız bundan sonra digər məsələləri, o cümlədən ərazi məsələlərini müzakirə etmək olar.

"İlk addım - şərtsiz atəşkəsdir, hətta, məsələn, səmada sakitlik, dənizdə sakitlik kimi müəyyən mərhələlərdən keçmək lazım olsa belə. Nəticədə bu, bütün cəbhəboyu sakitliyə gətirib çıxaracaq", - V.Zelenski bildirib.

Onun sözlərinə görə, bu ədalətli sülhə gedən yeganə düzgün yoldur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...