"ABŞ-ın Avropadakı müttəfiqləri Rusiyanın təzyiqi altındadır" - Klinton

"ABŞ-ın Avropadakı müttəfiqləri Rusiyanın təzyiqi altındadır" -


“ABŞ-ın Avropadakı müttəfiqləri II Dünya Müharibəsindən sonra yaranmış dövlət sərhədlərini dəyişmək istəyən Rusiyanın davamlı təzyiqi altındadır”. APA-nın məlumatına görə, bunu ABŞ-da prezidentliyə namizəd Hillari Klinton seçkiqabağı debatda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya Baltikyanı ölkələrdə də öz nüfuzunu genişləndirmək istəyir. “Müdafiə naziri Eşton Karter də Avropanın sərhədlərini dəyişmək istəyən, Krımı işğal edən Rusiyanın avropalı müttəfiqlərimizə təzyiq göstərdiyini təsdiq edir. Bu səbəbdən NATO-nun gələcəkdə fəaliyyəti daha da gücləndirilməlidir”.

H. Klinton yeni növ silahlarla təmin etməklə və hərbi yardım proqramlarını gücləndirməklə, ABŞ-ın avropalı tərəfdaşlara dəstəyi artırmağı təklif edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
839 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...