Rusiyanın 21 vilayətinə çəyirtkələrin hücumu gözlənilir

Rusiyanın 21 vilayətinə çəyirtkələrin hücumu gözlənilir
Rusiyada anomal isti qışın nəticəsi olaraq, 2025-ci ildə yeni məhsul üçün əsas təhlükələrdən biri çəyirtkə olacaq.

FED.az xəbər verir ki, çəyirtkə ilə mübarizə aparmaq üçün xüsusi dəstələr yaradılacaq. "İzvestiya"nın məlumatına görə, bu il 21 region çəyirtkə istilası riski altında olacaq.

Bu proqnoz Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərən Federal Rosselxoz Mərkəzinin son hesabatında yer alıb və nazirliyin son iclaslarından birində təqdim edilib.

Sənəddə risk altında olan bölgələr arasında Astraxan, Volqoqrad, Orenburq, Samara, Saratov, Ulyanovsk, Çelyabinsk, İrkutsk və Novosibirsk vilayətləri qeyd olunur. Bundan əlavə, Kalmykiya, Dağıstan, İnquşetiya, Çeçenistan, Başqırdıstan, Tatarıstan, Çuvaşıstan, Xakasiya və Yakutiya da çəyirtkə hücumuna məruz qala bilər. Kuban, Stavropol və Altay diyarlarının da risk altında olduğu bildirilir. Qeyd edək ki, ötən il risk altında olan regionların sayı 14 idi.

Aqrar sahə işçiləri 2025-ci ildə 2024-cü illə müqayisədə 100 min hektar daha çox ərazini zərərvericilərdən təmizləməli olacaqlar. Hesabatda qeyd olunur ki, xüsusilə Qazaxıstanla həmsərhəd olan bölgələrdə çəyirtkə ilə mübarizə daha vacib olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...