Öcalanın Demirtaşla 2013-cü ildəki görüşünün sensasion stenoqramı yayıldı

Öcalanın Demirtaşla 2013-cü ildəki görüşünün sensasion stenoqramı yayıldı


Öcalan Ərdoğanın devriləcəyini açıqlayır, Demirtaş PKK liderinə "başqanım" deyir...
Türkiyə mətbuatında HDP-nin İmralı heyəti ilə PKK-lideri Abdullah Öcalan arasındakı danışıqların mətni dərc olunub.

Avropa.info xəbər verir ki, danışıqlar zamanı Abdullah Öcalanın HDP liderlərini kəskin şəkildə tənqid etdiyi üzə çıxıb. Bundan başqa HDP lideri Demirtaşın PKK terrorçusuna "başqanım" deyə müraciət etməsi də üzə çıxıb.

HDP-nin İmralı heyəti və Abdullah Öcalan arasında 2013-ci ildə İmralıda baş tutmuş danışıqlarla bağlı qeydlərin mühüm hissələrini sizə təqdim edirik:

Səlahəddin Dəmirtaş: Rojavada Azad Suriya Ordusundan ayrılan Nüsrət Cəbhəsi hücuma keçib. Xüsusilə Sərəkani bölgəsi və ətrafındakı kəndlərdə şiddətli qarşıdurmalar yaşanır. Türk mətbuatına görə,bu gün səhər saatlarında Nüsrət Cəbhəsi üç minə yaxın döyüşçü ilə yenidən bir hücuma başlayıb.

Öcalan: Əgər sayları həqiqətən üç mindirsə, bu qorxuludur. Bəşir Atalay və Davutoglu ilə müzakirə edin. Burada bir oyunun olduğunu deyin. Dünəndən bəri bunlara izah etməyə çalışıram. Hörmətli Ərdoğan bilməli ki, bunlar kürd probleminin həlli prosesini hədəfləyir. Dövlət rəsmiləri ilə də bunu müzakirə edirik. Səudiyyənin bunlara maddi yardım etdiyini deyirlər. Amma bilməlidirlər ki, bunlar Türkiyəni hədəfləyir. Suriya təcrübəm var, yaxşı bilirəm.

Heyətə də söylədim. Mursinin devrilməsi Ərdoğanın devrilməsidir. Mursiyə "Səni devirəcəklər dedik, adam hələ də gülürdü" dedi. Mən də Menderes hadisəsini xatırlatdım. Ərdoğanda da Menderes sindromu var. Onu da Mursi kimi devirəcəklər. Amma o bunu ciddi qəbul etmir. PYD-nin muxtariyyət haqda açıqlamalarını müzakirə edirlər. Orada onsuz da iki ildir həqiqətən muxtariyyət yoxdurmu? Başladığından bu yana muxtariyyət var. Dəyişən bir şey yoxdur. Mursi necə getdisə Suriya vasitəsilə bunun eynisini edərlər. Davudoglu bizə qarşı açıqlama verməkdənsə, bu olanları doğru anlamalıdır.

Guya ki, PKK-nı maliyyə baxımdan Avropada çökdürəcəklər. Onsuz da bunu edə bilməyəcəklər. Əsl hədəf PKK- Türkiyə arasında olan kürd probleminin həlli prosesidir.

Bəşir bəyə də izah edin. Bunun bir provokasiya olduğunu deyin. Diqqətli olun. Bunu MASAK (Maliyyə Cinayətlərini Araşdırma İdarəsi) qanunlarına əsaslanaraq edirlər. Licedəki narkotik əməliyyatları da elədir. On ildir niyə etmirsiniz? Onsuz da polis idarəsinin yanında bu işlər görülür. 90 %-i də əsgərlərin cibinə gedir. Tansu Çillərin dövründə də Yüksekovadan bu ticarəti edib büdcəyə iyirmi milyard dollar əlavə etmişdilər. Müharibəni buradan maliyyələşdirirdilər. Bəşir bəyə başa salın ki, narkotik məsələsi yalandır. Bizdə bu şeylər qadağandır onsuz da. Maliyyə baxımından bizi çökdürmək də mümkün deyil.

Mən burada dövlətlə görüşmüşəm. Siyasi danışıqlar da sizinlə olur. Bəlkə lazım olsa həftəlik danışıqlar belə edə bilərsiniz.

Bəşir bəyə söyləyin, "Öcalan həqiqətən sizi qorumaq istəyir" deyin, yoxsa sizi də Mursiyə çevirəcəklər. PYD-nin hücum provokasiyaları bundan ibarətdir.

PKK-nın axırına çıxacağıq deyə mütəmadi olaraq bunları həvəsləndirirlər. Bu bəzi alimlərin işidir. Ərdoğanın da ətrafını mühasirəyə alıblar. Keçmişdə mənimlə görüşən əsgərləri də belə aldadıb sonra Ergenekon şübhəsi ilə içəri aldılar. Hərçənd ki, aralarında JİTEM (Jandarmeriya Kəşfiyyat və Terrorla Mübarizə İdarəsi) üzvləri də, cinayət törətmiş olanlar da var. Bunların məqsədləri kürd-türk qarşıdurması yaratmaqdır.

Öcalan: AKP gecikdirməyi xoşlayır. Mənim artıq buna dözümüm yoxdur. Dövlət də buna tab gətirə bilməz. Bunlar elə də çox müzakirəyə ehtiyacı olan məsələlər deyil. Novruz bildirişlərində də dövrün ruhundan danışmışam. Oradakı təkliflərin bəziləri onların təşəbbüsü idi. Mən də təsdiqləmişdim. Yəni müştərək qərar idi.

Pərvin Buldan: Aysel Tuğlukun bir istəyi vardı. Dəclə hadisələrinə münasibət bildirərkən onu tənqid etmisiniz. “Onun siyasəti beş qəpiyə dəyməz” demisiniz. Özünü düzəltmək istəyir, “harada səhv etdim” deyə soruşur.

Öcalan: O sözü o zaman üçün söyləmişdim. Başına qaz balonu düşsəydi nə olardı? İkinci bir Səkinə hadisəsini yaşamaq istəmirik. O sözü hər kəs üçün söylədim. Hər kəs diqqət etməlidir.

Öcalan: İndi yazın, mühümdür. 15 oktyabr yeni bir başlanğıcdır. “Paralel dövlət”ə təslim olmayacağıq. Dövlətlə görüşməyə davam edəcəm. “Paralel dövlət” KCK əməliyyatlarını həyata keçirmişdi. Onları MİT etməmişdi. Onlar çox güclüdürlər. Baş nazir öz qərargah rəisini də həbs olunmaqdan xilas edə bilmədi. Mən PKK müharibəsindən çəkinirəm. Mən “paralel dövlət”in müharibəsinin qarşısını almaq istəyirəm. Bəşir bəyə də başa salın. İraqdakı, Suriyada baş verənlər vəkalət savaşıdır. Mən qorumaq istəyirəm, amma bir qanun belə çıxara bilmirlər.

“Paralel dövlət”, AKP rəhbərliyi və KCK rəhbərliyi var. Əgər kürd probleminin həlli prosesindən bir nəticə əldə olunmazsa bu üç rəhbərlik arasında qarşıdurma riski artar. Bunları Bəşir bəyə başa salın. O BDP ilə edilməsini istəyirdi.

AKP hökuməti tək tərəfli həll prosesini istifadə etməyə davam edərsə, KCK da tək tərəfli bunu edəcək. Bəşir bəyə deyin ki, "Nə qədər əlimizi cəld tutsaq, o qədər də qarşıdurma riskini azalar". Bir həftə ərzində dərin müzakirəyə başlamaq lazımdı.

Sizə də (Demirtaşa) qərargah demişdim, xətrinizə dəyməsin.

Dəmirtaş: Əstağfurullah, başqanım. Sizin tənqidləriniz qiymətlidir.

Öcalan: Mən özümü də belə tənqid edirəm. Səhv başa düşülməsin, sosioloji yaşla bioloji yaş eyni olmaya bilər.

(Dövlət rəsmilərinə) Mən sadə bir kəndli adam kimi görünə bilərəm. Amma ölsəm belə əvəzolunmaz bir rəhbər deyiləm. Elə buna görə də ilk yüzlükdəyəm.

Siz mümkün olduqca televiziyaya çıxın. Pərvin xanım da çıxsın.

Dövlətə də güvənməyin. Dövlət nədir? Mən dövləti inşa edirəm. Kürdləri də dövlətə inşa edirəm. Dövləti kürdləşdirib kürdləri də dövlətləşdirirəm. Bu on dənə saxta kürd dövlətindən daha yaxşı bir şeydir. Amma bunun üçün özünüzü hazırlayın.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1007 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...