OPEK-lə danışıqlar neftin qiymətini 60 dollara çatdıra bilər

OPEK-lə danışıqlar neftin qiymətini 60 dollara çatdıra bilər


Çox güman ki, OPEK-in digər istehsalçılarla danışıqları müsbət nəticə verəcək və neftin bir barelinin qiyməti 50-60 dollara qalxacaq. Bunu «Trend» agentliyinə müsahibəsində Ukrayna Milli Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər Mərkəzinin energetika proqramları üzrə direktoru Valentin Zemlyanski deyib.

Onun sözlərinə görə, OPEK ilə digər neft istehsalçıları arasında qarşıdakı görüşdə böyük ehtimalla söhbət bazarda pay üzrə razılığa gəlməkdən gedəcək: "İstehsalın azaldılması bu və ya digər ölkənin bazar payına təsir etməməlidir. Ehtimallar bir qədər xəyalidir, lakin belə gizli razılaşmaların neftin qiymətinin sabitləşməsinə səbəb olacağı tamamilə mümkündür. Bununla belə, qiymət trendində dəyişikliyi ilin ikinci yarısından tez gözləməyə dəyməz".

Ekspert bildirib ki, neftin qiymətinin artması, şübhəsiz, ixracatçı ölkələrin valyutalarının möhkəmlənməsinə təsir edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
895 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...