“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” – Mask

“Tramp qalib gəlsə, büdcə xərclərini 2 trilyon dollar azaldacağam” –
Amerikalı iş adamı İlon Mask Respublikaçı namizəd Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə, federal xərcləri ən azı 2 trilyon dollar azalda biləcəyini bildirib.
Yeinavaz.com xəbər verir ki, o, bu barədə “Madison Square Garden” arenasında Tramp tərəfdarlarının kütləvi mitinqində deyib.
“Düşünürəm ki, bu, təxminən 2 trilyon dollar olacaq. Çünki istər birbaşa, istərsə də dolayı yolla pulunuz havaya sovrulur”, - Mask bildirib.
Ancaq o, bu vəsaitlərə qənaət etmək üçün nə qədər vaxt lazım olduğunu dəqiqləşdirməyib.
Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
167 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...