Sülhməramlılar uşaqları zorladı, BMT rəsmisi ağladı - VİDEO

Sülhməramlılar uşaqları zorladı, BMT rəsmisi ağladı -


BMT-nin baş katibinin müavini Entoni Benberi (Anthony Banbury) sülhməramlı əsgərlərin kiçik uşaqları zorlamaları barədə danışarkən göz yaşlarını saxlaya bilmədi. ANS PRESS-in məlumatına görə, qurum rəsmisi zərərçəkmişlərə yardım ediləcəyini, hadisəni törədənlərin məsuliyyətə cəlb olunacaqlarını, gələcəkdə bu cür hadisələrin baş verməməsi üçün əllərindən gələni edəcəklərini deyib.

BMT baş katibinin müavini Entoni Benberi Mərkəzi Afrika Respublikasında sülhməramlı əsgərlərin peçenye və ya su qarşılığında yaşları 7 ilə 16 arasında dəyişilən uşaqları zorlaması barədə danışıb. Qalmaqal barədə danışarkən çətinlik çəkən və utanan Benberi 2014-cü ildə baş vermiş hadisələrin iştirakçısı olmuş əsgərlərin hazırda Banqladeş, Demokratik Konqo Respublikası, Mərakeş, Nigeriya və Seneqalda olduqlarını bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...