Rusiyada döyülən jurnalistin evi satışa çıxarıldı

Rusiyada döyülən jurnalistin evi satışa çıxarıldı


Bir neçə gün əvvəl Moskvada “Komsomolskayta pravda” və “Rossiyskaya qazeta”nın siyasi icmalçısı Larisa Kaftanın öz evində vəhşicəsinə döyülməsi və reanimasiyaya yerləşdirilməsi barədə yazmışdıq.

Bu gün LifeNews telekanalı məlumat verib ki, müstəntiqlər jurnalistin döyülməsində ev alqı-satqısı ilə məşğul olan dələduzlardan şübhələnirlər. Belə ki, Larisa Kaftan reanimasiyaya aparılan günün ertəsindən başlayaraq onun Moskvanın mərkəzində yerləşən 84 kvadrat metrlik mənzili 30 milyon rubla (615 min manat) satışa çıxarılıb.

Mənbənin bildirildiyinə görə, jurnalist tək yaşayırmış. Onun həyat yoldaşı və qızı dünyalarını dəyişiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...