Ağ Ev ağ qardan qara günlər yaşayır - ölənlərin sayı 36 nəfərə çatdı

Ağ Ev ağ qardan qara günlər yaşayır -


ABŞ-da tüğyan edən qar çovğunu nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Vaşinqtonda bütün dövlət müəssisələri və məktəblər bağlanıb.

ABŞ Dövlət Departamentinin gündəlik brifinqi ləğv edilib. ABŞ-ın şərqində bir çox dəmiryol və təyyarə reysləri təxirə salınıb, Vaşinqtonda və Baltimorda 1 150 aviareys təxirə salınıb və yaxud ləğv edilib. Bir sıra ərazilərdə qar örtüyünün hündürlüyü 91 sm çatıb.

Ümumilikdə qeyri-sabit hava şəraiti 85 milyon insana zərər vurub, 300 min nəfər elektrik enerjisiz qalıb. Mütəxəssislərin hesablamalarına görə, qar çovğunundan dəyən ziyan 1 milyard dollar təşkil edə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1081 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...