Qırmızı dənizdə böhran davam edir: Husilərin PUA-ları zərərsizləşdirildi

Qırmızı dənizdə böhran davam edir:
ABŞ ordusu “Ənsar Allah” hərəkatının döyüşçülərinin Yəmən ərazisindən atdıqları iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bu barədə ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və koalisiya gəmisi husilərin nəzarətində olan Yəmən ərazisindən atılan iki PUA-nı məhv edib”, - komandanlığın “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilir.
Bildirilir ki, husilər ABŞ-nin Qırmızı dənizdəki “Laboon” gəmisinə doğru ballistik raket də buraxıblar. Hər hansı zərər və itkilər barədə məlumat verilmir.

Mənbə: TASS



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
485 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...