İranla Yunanıstan neftlə bağlı razılığa gəlib

İranla Yunanıstan neftlə bağlı razılığa gəlib


Yunanıstanın Dövlət Neft Şirkəti (Hellenic Petroleum) ilə İranın Milli Neft Şirkəti (NIOC) arasında neft satışı ilə bağlı uzunmüddətli çərçivə sazişi imzalanıb. “Report"un yunan mediasına istinadən verdiyi məlumata görə, sazişi İranın Neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmir Hüseyin Zamani Niya (Amir Hossein Zamani Nia) və Yunanıstanın Ekologiya və energetika naziri Panos Skourletis imzalayıb.

Müqavilənin şərtlərinə görə, NIOC ilkin mərhələdə “Hellenic Petroleum”un tələbatının 25%-ə qədər olan hissəsini təmin etməyi öz öhdəsinə götürüb. Qarşılığında isə Yunanıstan köhnə borcların qaytarılması ilə bağlı məsələlərə baxacağını öhdəsinə götürüb.

Məlumata görə, bu İrana qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra rəsmi Tehranın neft sahəsində imzaladığı ilk razılaşmadır.

Tərəflər, həmçinin, qaz və elektrik enerjisi ilə bağlı məsələləri müzakirə edib. Hər iki ölkə çərçivə sazişinin tezliklə icrasına başlayacağını açıqlayıb.
P.Skourletis deyib ki, Yunanıstan Avropa İlə İran arasında körpü rolunu oynaya bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
970 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...