Neft qiyaməti: üç ölkə mayasından ucuz satır

Neft qiyaməti:


Dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədar iki ölkə nefti maya dəyərindən ucuz satmağa məcbur olub. Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” agentliyi neft sahəsindəki iki mənbəyə istinadən bildirir. Məlumata görə bu ölkələr Kolumbiya və Venesueladır.

Agentliyin məlumatına əsasən Venesuela neftinin 1 barreli hazırda 15 dollardır. Kolumbiya nefti isə 21 dollardan bir qədər aşağı satılır. Venesuelanın dövlət neft şirkəti PVDSA-nın məlumatına əsasən bu ölkədə neft hasilatının 1 barrelinin orta hesabla maya dəyəri 18 dollardır. Kolumbiyanın ən iri özəl neft şirkəti Pacific Exploration & Production isə 1 barrel neftin maya dəyərinin 22 dollara yaxın olduğunu bildirir. Hələlik söhbət qarışıq neft növündən gedir. Lakin dünya bazarlarında neftin qiyməti bir qədər də aşağı düşsə digər növlər, o cümlədən “Brent” markalı neftin satış qiyməti də maya dəyərinin altına düşə bilər.

Bundan əvvəl Ekvador prezidenti Rafael Korrea bəyan edib ki, indiki neft qiymətləri onun ölkəsində hasilatın maya dəyərini ödəməyə bəs etmir. Prezidentin sözlərinə görə, Ekvadorda 1 barrel neftin maya dəyəri 39 dollara yaxındır. Hazırda isə bu ölkə neftinin bareli 24 dollara satılır.

Yanvarın 18-d isə Amerikanın “Filint Hills Resourses” şirkəti hasil etdiyi neftin hər barelinin üstünə 50 sent də qoyaraq neftayırma zavoduna havayı verib. Belə ki, bu şirkətin hasil etdiyi kükürdlü neftin bazar qiyməti 13 dollardan da aşağıdır. Çünki emal xərcləri çoxdur. Nəticədə neftayırma zavoduna onu emal etmək sərfəli olmayıb və şirkət hər barel üçün 50 sent də ödəməklə nefti zavoda havayı verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1014 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...