Milyona yaxın çeçen Kadırova görə küçələrə çıxdı - FOTOLAR

Milyona yaxın çeçen Kadırova görə küçələrə çıxdı -

Qroznıda Çeçenistan rəhbəri Ramzan Kadırovu və Rusiya prezidenti Vladimir Putini dəstəkləmək üçün mitinq keçirilir. Virtualaz.org bildirir ki, bu barədə Çeçenistan Respublikasının Dazili İşlər Nazirliyi məlumat yayıb. Rusiya KİV-ləri yazır ki, Qroznı sakinləri mərkəzi meydanda “Çeçenistanın qəlbi” məscidinin qarşısında toplaşıblar.

Mitinqin təşkilatçısı Çeçenistan Respublikasının Həmkarlar İttifaqıdır (ÇRHİ). “Mitinq iştirakçıları Rusiya prezidenti Vladimir Putinə, Çeçenistan Respublikasının rəhbəri, Rusiya qəhrəmanı Ramzan Kadırova ölkəyə düşmən qüvvələr ilə mübarizədə göstərdikləri səylərə görə öz dəstəklərini bildirmək və bütün sağlam qüvvələri Rusiya rəhbərliyi ətrafında toplaşmağa və son zamanlar Rusiyaya qarşı tammiqyaslı informasiya müharibəsi aparan, destruktiv qüvvələrin informasiya aqressiyasına qarşı bir cəbhədə çıxış etməyə çağırmaq üçün toplaşıblar”, - ÇRHİ-nin bəyanatında deyilir.

Telekanalın informasiyasına görə, mitinqdə milyona yaxın adam iştirak edir.

Milyona yaxın çeçen Kadırova görə küçələrə çıxdı -
Milyona yaxın çeçen Kadırova görə küçələrə çıxdı -
Milyona yaxın çeçen Kadırova görə küçələrə çıxdı -
Milyona yaxın çeçen Kadırova görə küçələrə çıxdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
999 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...