Hafiz Məmmədov klubunu yaxın dostuna satır

 Hafiz Məmmədov klubunu yaxın dostuna satır


Azərbaycanlı iş adamı Hafiz Məmmədov sahibi olduğu Fransanın “Lans” klubunu satmağa razılaşıb.

“Qafqazinfo” xəbər verir ki, klubun prezidenti Jerve Martel növbəti bazarertəsi yeni layihə hazırlayaraq tərəflərə təqdim edəcək.

Fransa mətbuatının yazdığına görə, Hafiz Məmmədovun klubu satmasına səbəb Azərbaycanda yaşanan maliyyə böhranıdır. Həmçinin Azərbaycan Bankının fəaliyyətini dayandırması da öz təsirini göstərib.

Lakin hazırda bir problem var. Hafiz Məmmədov klubu satmaq üçün Fransa Maliyyə Polisinin razılığını almalıdır. Bunun üçün də sənədlər qaydasında olmalıdır.

Məmmədovun klubu satacaq adamın adı açıqlanmasa da, onun azərbaycanlı iş adamının yaxın dostu olduğu bildirilir



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...