Rusiyada 1 dollar 86 rubla çatdı

Rusiyada 1 dollar 86 rubla çatdı


Rusiya birjalarında dolların sürətli bahalaşması davam edir. Fins.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 13-də Moskva birjasında dolların məzənnəsi 85 rublu keçib. Hərracların gedişində dolların məzənnəsi hətta 86 rubla yaxınlaşıb (85,999 rubl). Paralel olaraq avronun məzənnəsi 4 rubl artaraq 93,7 rubla çatıb.

Artıq birjalarda baş verənlərə Rusiya Prezident Administrasiyası da münasibətini açıqlayıb. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kremldə valyuta bazarlarındakı kəskin dəyişmələri rublun çökməsi hesab etmirlər. Onun sözlərinə görə, hazırda Rusiya Mərkəzi Bankı bazarlardakı vəziyyəti diqqətlə izləyir. "Bazarlarda baş verən proseslər barədə prezidentə də məlumat verilir",-deyə mətbuat katibi bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...