Putin Avropadan qaçan yəhudiləri Rusiyaya çağırdı

Putin Avropadan qaçan yəhudiləri Rusiyaya çağırdı


Avropa Yəhudi Konqresinin prezidenti Vyaçeslav Kantor II Dünya Müharibəsindən sonra yəhudilər üçün qeydə alınan ən pis vəziyyətdən Rusiya prezidenti Vladimir Putinə şikayət edib. Virtualaz.org "İnterfaks"a istinadən bildirir ki, o bunu Avropa Yəhudi Konqresinin nümayəndələri ilə Rusiya prezidentinin görüşündə deyib.


Onun sözlərinə görə, artan antisemitizm və miqrant müsəlmanlara görə yəhudilər Avropadan qaçırlar. Putin yəhudilərin Sovet İttifaqını tərk etdiklərini xatırladıb və onları qayıtmağa çağırıb: "Mən reportajlara baxıram. Avropada insanlar hətta milliyyətini gizlətməyə çalışırlar". Qeyd edək ki, son zamanlar Avropada yəhudilərə hücumlar artıb. Yanvarın 16-da Avropa Birliyinin ən böyük yəhudi birliyi olan Avropa Yəhudi Konqresi qitənin qanunvericilərini yəhudilərə özünümüdafiə üçün silah gəzdirməyə icazə verməyə çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...