“Ertəsi gün öldürüləcək birinə yemək vermənin mənası yoxdur”

“Ertəsi gün öldürüləcək birinə yemək vermənin mənası yoxdur”
“Biz mülki əhalinin əzabını yüngülləşdirməliyik. Bunun üçün də humanitar yardımın həcmini artırmalıyıq. Amma ertəsi gün öldürüləcək birinə yemək vermənin mənası yoxdur”.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Cosep Borel Barselonada keçirilən Aralıq dənizi Birliyi Forumunun toplantısından sonra baş tutan mətbuat konfransında Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti şərh edərkən bildirib.
Borelin sözlərinə görə, yeni qurbanların qarşısını almaq üçün müharibəni dayandırmaq lazımdır. O qeyd edib ki, humanitar yardım vacibdir, lakin bu, kifayət deyil. Avropa diplomatiyasının rəhbəri uzunmüddətli atəşkəs sazişinin bağlanmasını da prioritet adlandırıb. Bundan əlavə, o, HƏMAS-ın Qəzza zolağına hərbi nəzarəti itirməli olduğunu qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...