Qırğızıstan parlamenti Rusiya ilə sazişləri dayandırdı

Qırğızıstan parlamenti Rusiya ilə sazişləri dayandırdı


Yanvarın 20-də Qırğızıstan parlamenti Rusiya ilə iki enerji zavodunun tikintisi və işlədilməsi üzrə sazişləri ləğv edib. Rusiya Yuxarı Narın və Kambar-Ata-1 Su-elektrik zavodlarını tikməliydi. İqtisadiyyat nazirinin müavini Nurlan Sadykov səsvermədən sonra deputatlara deyib ki, Rusiya dövlət şirkətlərinin layihələrə yatırdığı 37 milyon dollar yeni investor tapılan kimi qaytarılacaq. Sadykovun sözlərinə görə, sazişlər “Rusiya maliyyəni dayandırdığı” üçün kəsilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
953 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...