24 dövlət işçisi 6,8 milyard dolları mənimsədi

24 dövlət işçisi 6,8 milyard dolları mənimsədi


Nigeriyanın informasiya naziri Lai Məhəmməd məhkəmə protokollarına əsasən, 55 keçmiş siyasətçinin, bankirin və biznesmenin dövlət xəzinəsindən 1,35 trilyon nayra (6,8 milyard dollar) vəsait oğurladığının müəyyənləşdiyini deyib.

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, nazirin sözlərinə görə, mənimsəmə faktı 2006-2013-cü illərdə həyata keçirilib. Şübhəlilər arasında 15 keçmiş qubernator, 4 keçmiş nazir və 5 deputat var. "Biz sadə nigeriyalılara korrupsiyanın başa gəldiyi vəsait haqda məlumat vermək istəyirik ki, onlar bu bəla ilə mübarizəyə qalxsınlar", - deyə Lai Məhəmməd deyib.

İnformasiya nazirinin sözlərinə görə, oğurlanan 6,8 milyard dollara Nigeriyanın bütün 36 ştatında xəstəxana tikmək mümkün olardı. Ötən il ölkə başçısı seçilən Məhəmməd Buxari korrupsiya ilə geniş mübarizə aparacağına söz vermişdi. Transparency İnternational təşkilatının 2014-cü ildə açıqladığı hesabata görə, Nigeriya korrupsiyanın səviyyəsinə görə 174 ölkə arasında 136-cı yerdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1108 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...