Bu ölkənin prezidenti qısa yubkaya qadağa qoydu

Bu ölkənin prezidenti qısa yubkaya qadağa qoydu


Afrika ölkəsi Tanzaniyanın prezidenti Con Maqufuli qadınlara qısa yubka geyinmək qadağası qoyub. Novator.az-ın məlumatına görə, Maqufuli bəyan edib ki, qısa paltarlar HİV infeksiyası və QİÇS-in yayılmasına gətirib çıxarır. Prezident üç həftə ərzində cəlbedici paltarlardan qurtulmağı tələb edib.

2015-ci ilin noyabrında hakimiyyətə gələn Maqufuli büdcə vəsaitlərinə qənaət etmək məqsədilə bəzi qadağalara imza atıb. O, hökumət məmurlarının təbriki üçün yeni il acıqcalarının dərc olunmasına qadağa qoyub.

Maqufuli Müstəqillik Gününün bayram edilməsini aradan qaldırıb, qənaət olunmuş vəsaiti isə küçələrdən zibilin yığışdırılmasına yönləndirib. O deyib ki, adamlar vəbadan öldüyü halda belə tədbirlərə pul xərcləmək ayıbdır.

Tanzaniya prezidenti parlament sessiyasının açılış mərasiminə vəsait sərf etməyi də yasaqlayıb. Həmin vəsait əsas tibb mərkəzləri üçün xəstə çarpayılarının alınmasına yönəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1067 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...