Kamal Kılıçdaroğluna cinayət işi açıldı

Kamal Kılıçdaroğluna cinayət işi açıldı


Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu haqqında araşdırma başladılıb.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, partiyanın şənbə günü iclasında çıxış edən Kamal Kılıçdaroğlu prezident Rəcəb Təyyib Ərdoğanı sərt şəkildə tənqid edib. O, çıxışında Ərdoğanı diktator adlandırıb: “Ərdoğan üçün şərəf və namus anlayışı yoxdur. Ya prezident vəzifəsi düzgün icra elə, tərəfsizliyini qoru, ya da mən sənə hər gün şərəf və namus anlayışlarını xatırladım. Sən prezident seçiləndə şərəfin və namusun üstünə and içmisən. Soruşuram indi, sən şərəf və namusdan nə anlayırsan?”. İclasda iştirak edən iqtidar nümayəndələri bu sözlərdən sonra həmin yeri tərk edib.

Bu gün Ankara Prokurorluğunda Kamal Kılıncdaroğlunun barəsində Ərdoğana dediyi sözlərə görə, cinayət işi başlanıb, araşdırma aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
980 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...