Türkmənistanda maaşı qoyunlarla verirlər

Türkmənistanda maaşı qoyunlarla verirlər


Türkmənistanda “Türkmən malları” dövlət birliyi heyvandarlara maaşı qoyunlarla verib. Bu barədə AzVision.az “Radio Azadlıq” (“Azadlıq radiosu”nun yerli xidməti) məlumat yayıb. Məlumata əsasə, müəssisə nağd pulun olmadığı üçün maaşı heyvanlarla ödəyir. Hesab “bir heyvan – 270 manat” sxemi üzrə aparılır.

“Ət ilə hesabladıqda bir qoyun 16-18 kiloqram edir. İşçilər maaşı qoyunlarla götürmək məcburiyyətindədirlər. Başqa nə edə bilərdilər ki?”, - Səlim adlı heyvandar jurnalistlərə bildirib. Səlimin sözlərinə görə, onlar nağd pul əldə etmək üçün sonradan heyvanları bazarda satırlar (bu zaman 10-20 manat itirirlər).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...