Braziliyada daşqınlarda azı 22 nəfər ölüb

Braziliyada daşqınlarda azı 22 nəfər ölüb


Braziliyanın Rio-Qrandi-du-Suk ştatında indiyə qədər baş vermiş ən güclü daşqınların ilkin nəticələrinə görə ən azı 22 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə yerli xilasetmə orqanlarının məlumatında qeyd olunub.

Məlumatda deyilir ki, güclü yağışların əmələ gətirdiyi daşqınlar nəticəsində 1650 nəfər evsiz qalıb, onlarla yaşayış məntəqəsi ziyan görüb.

Bəzi ərazilərdə su axınının olduqca güclü olması səbəbindən evlər dağılıb və həmin ərazilərdən 5 minə yaxın insanı təxliyə edilib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...