Dollar Rusiyada növbəti rekord vurdu

Dollar Rusiyada növbəti rekord vurdu


Rusiyada dolların məzənnəsi rubl qarşısında 2015-ci il ərzində ən yüksək həddə çatıb. Axar.az xəbər verir ki, bu gün səhər saatlarında Moskva birjasında 1 ABŞ dolları 0,75 qəpik bahalaşaraq 72,95 rubla yüksəlib. 1 avro isə 0,94 qəpik artaraq 79,94 rubl olub. Rusiya Mərkəzi Bankının bu günə təyin etdiyi məzənnəyə əsasən isə dollar 1,72 rubl bahalaşaraq 72,50 rubl təşkil edib. Avro isə 1,94 rubl artaraq 79,54 rubla yüksəlib. Hazırda “Brent” markalı neft ucuzlaşaraq 37,48 dollara düşüb.


***

Rus rublu dollar və avro qarşısında ucuzlaşmaqda davam edir. Rubl dollar qarşısında 0,91 qəpik ucuzlaşaraq 73,11 rubl olub.
Avro isə 1,02 rubl bahalaşaraq 80,02 rubla yüksəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...