Gürcüstanda bir sıra nazirlər dəyişdi

Gürcüstanda bir sıra nazirlər dəyişdi


Parlamentdə yeni hökumətin lehinə səs verilib.Gürcüstan prezidenti yeni baş naziri təsdiq edib.

ANS PRESS-in Gürcüstan mətbuatına istinadla verdiyi məlumata görə, Gürcüstanın baş naziri Qeorqi Kvirikaşvili təyin edilib. Həmçinin Gürcüstan parlamenti baş nazir Georgi Kvirikaşvilinin başçılıq etdiyi Nazirlər Kabinetinə etimad göstəriblər.

Yeni hökumətin lehinə 86 səs, əleyhinə isə 28 səs verilib. İclas zamanı millət vəkillərinin əksəriyyəti hökumət əleyhinə çıxışlar ediblər.
Gürcüstanda bir sıra nazirlər dəyişdi


Dekabrın 23-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefaya getmişdi. Xarici KİV-lərin məlumatına əsasən, İrakli Qaribaşvili bundan sonra "Gürcü arzusu - demokratik Gürcüstan" və "Gürcü arzusu" seçki qərargahına başçılıq edəcək.
Amma sonradan Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin ölkənin Milli Bankının prezidenti olacağı barədə açıqlama verildi.

Gürcüstanda bir sıra nazirlər dəyişdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...