“Məqsədimiz avroatlantik məkana inteqrasiyadır”

“Məqsədimiz avroatlantik məkana inteqrasiyadır”


“Bizim məqsədimiz Avropaya, avroatlantik məkana, NATO-ya inteqrasiya olunmaqdır. Hökumət NATO ilə əməkdaşlığı davam etdirir. Bu, ölkənin sabitliyi və təhlükəsizliyinin təminatıdır”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstan parlamentinin növbədənkənar iclasında baş nazir vəzifəsinə namizədliyi irəli sürülən Giorgi Kvirikaşvili deyib. O, üç il əvvəl hakimiyyətə gələn “Gürcü Arzusu”nun yeni siyasi mədəniyyət yaratdığını və bu yola sadiq olacaqlarını bildirib.

G. Kvirikaşvili çıxışında hökumətin demokratik proseslərə dəstək verəcəyini və qarşıdan gələn parlament seçkilərini azad və demokratik şəkildə keçirəcəklərini söyləyib. O, iqtisadiyyatın inkişaf etdirilməsinin də hökumətin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, parlamentdə baş nazir vəzifəsinə Giorgi Kvirikaşvilinin, xarici işlər naziri vəzifəsinə isə Mixail Canelidzenin namizədliklərinin təsdiq ediləcəyi gözlənilir. Hökumətin tərkibində başqa dəyişiklik olmayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
972 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...