Səudiyyə Ərəbistanı 5 ilə iflasa uğraya bilər BVF-dən xəbərdarlıq

Səudiyyə Ərəbistanı 5 ilə iflasa uğraya bilər


Beynəlxalq Valyuta Fondu (IMF) Səudiyyə Ərəbistanını neft gəlirlərinin sürətlə aşağı düşdüyü bir zamanda xərclərini məhdudlaşdırmayacağı təqdirdə iflasa uğraya biləcəyi barədə xəbədar edib.

"Report"un verdiyi xəbərə görə, son hesabata əsasən, xüsusilə Orta Şərq ölkələrinin aşağı neft qiymətləri səbəbi ilə qarşılaşdıqları zərər 360 mlrd. dolları keçib. Bu baxımdan ən çox zərər edən ölkələrin siyahısında isə Səudiyyə Ərəbistanı birincidir. Ölkənin bu il təxminən 73 mlrd. dollar zərər etdiyini deyən IMF neftdə enmənin bu sürətlə davam etməsi halında Səudiyyə Ərəbistanının yaxın 5 ildə iflas edə biləcəyini açıqlayıb. Məlumatlara görə, Səudiyyə Ərəbistanının neftdə enmə başlamadan öncə 750 mlrd. dollarlıq valyuta ehtiyatları olub. Avqust ayının məlumatına əsasən, valyuta ehtiyatları artıq 654 mlrd. dollara düşüb. Bildirək ki, Səudiyyə Ərəbistanında bu il yeni hakimiyyətə gələn kral Salman bin Əbdüləziz xalqa 32 mlrd. dollar həcmində vəsait paylayıb. Bununla yanaşı, ölkənin müdafiə və təhlükəsizlik xərcləri 80 mlrd. dollarla bütün vaxtların ən yüksək səviyyəsinə çatıb. Hazırda 800 mlrd. dollarlıq ÜDM-i olan ölkədə əhalinin gəlirlərinin 90%-i neft satışı ilə bağlıdır. Qeyd edək ki, qiyməti 36 dollar/barelə enən "Brent" markalı neft 11 illik minimuma enib. Neft gəlirlərinin aşağı düşməsi isə başda Körfəz ölkələri olmaqla neft hasil edən ölkələrin hamısına mənfi təsir edib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...