Türkiyə ordusu 11 gündür Cizre şəhərində reyd keçirir

Türkiyə ordusu 11 gündür Cizre şəhərində reyd keçirir


Türkiyənin cənub-şərqindəki Cizre şəhərində gedən döyüşlərdə 6 kürd yaraqlısı və 1 Türkiyə əsgəri ölüb.

Bu barədə Türkiyə ordusu xəbər verir.


Türkiyənin təhlükəsialik qüvvələri 11 gündür ki, bu ərazidə reydlər keçirir. Şəhərin küçələri bom-boş, mağazalar bağlıdır. Suriya sərhədi yaxınlığında yerləşən şəhər ətrafında gecə boyu toqquşmalar olub. Məlumatlara görə, əməliyyatlarda tankların köməkliyi ilə minlərlə hərbçi iştirak edir. PKK bu yaxınlarda iki illik atəşkəs sazişindən çıxdıqdan sonra bölgədə vəziyyət yenidən gərginləşib.

30 ildir ki, PKK yaraqlıları ilə Türkiyə ordusu arasında gedən savaşda 40 mindən çox adam ölüb.(azadliq.org)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...