Putin İstanbula getməyəcək - Heyət açıqlandı

Putin İstanbula getməyəcək -
Rusiya Prezidenti Vladimir Putin İstanbulda Ukrayna ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxil olub.

Rusiya lideri Ukrayna ilə danışıqlar üçün ekspertlər qrupunu da müəyyənləşdirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...