İngiltərədə “çirkli pullar” necə “yuyulur”?

İngiltərədə “çirkli pullar” necə “yuyulur”?
İngiltərədə “çirkli pullar”ın yuyulması üçün mütəşəkkil dəstələr tərəfindən adi mağazalardan istifadə hər il artır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Bildirilib ki, mütəşəkkil dəstələr bərbərlər, gözəllik salonları, marketlər, yeməkxanalar və kafelər kimi adi bizneslərdən istifadə edirlər.

Ölkədə “çirkli pullar”ın yuyulması ətrafında dönən “kölgə iqtisadiyyatı”nın dəyərinin 2,9 milyard funt-sterlinq olduğu təxmin edilir.

Buna görə də cinayətkarlar narkotik vasitələrin alqı-satqısı kimi qeyri-qanuni yollarla qazandıqları pulları razılaşdıqları adi mağazadan alış-veriş edərək, yuyurlar.

Bu yolla qara pullar qanuni dövriyyəyə daxil olur. Mağazalar da qazanclarını dəstələrlə bölüşürlər.

Bu vəziyyət illərlə ölkədə mağaza işlədən mühacirlərin reputasiyasına mənfi təsir göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
66 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...