Makron istefa verə bilər

Makron istefa verə bilər
Fransa Prezidenti Emmanuel Makron ətrafı ilə parlament seçkilərində sağçıların qalib gələcəyi təqdirdə dövlət başçısı vəzifəsindən istefa vermək imkanını müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası mənbəyə istinadla məlumat yayıb.
“Prezidentin istefası tabu deyil. Bu gün bütün ssenariləri nəzərdən keçirmək lazımdır”, - mənbə deyib.
Mənbə iddia edir ki, Makron son həftələrdə həmsöhbətlərindən biri ilə bu ekstremal ssenarini müzakirə edib.
Eyni zamanda, mənbə vurğulayır ki, istefa prezidentin üstünlük verdiyi variant deyil. Prezidentin seçə biləcəyi başqa bir variant parlament seçkilərində qələbə qazanacağı təqdirdə sağçı “Milli Birlik” partiyası ilə iqtidarda birgə olmaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
146 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...