Xəzərdə axtarışlara başlanıldı

Xəzərdə axtarışlara başlanıldı
Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin (RSC) birgə ekspedisiyası Xəzər dənizində I Pyotrdan öncəki dönəmə aid batmış gəmilərin axtarışına başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin Naviqasiya və Okeanoqrafiya İdarəsi, Rus Coğrafiya Cəmiyyəti və “Dəniz insanları” fondunun “Xəzərin dəniz tarixi-mədəni irsi” adlı birgə ekspedisiyasının ikinci mərhələsi Xəzər dənizinin Dərbənd limanı akvatoriyasında başlayıb”, - məlumatda qeyd olunub.

Sözgüedən ərazidə I Pyotrdan əvvəlki dövrə aid batmış gəmilər, su altında qalmış yaşayış məntəqələri və dəniz infrastrukturunun olması ehtimal olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...